İsrail Qəzzanın şimalını atəşə tutub: 12 nəfər ölüb

10:52 - 19 Yanvar 2024 - DÜNYA

İsrailin Qəzza zolağının şimalını atəşə tutması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, Əl-Şifa tibb kompleksinin yaxınlığında yerləşən yaşayış binası atəşə tutulub.

Fələstinin WAFA xəbər agentliyi öz növbəsində İsrailin Fələstin anklavının cənubunda yerləşən Xan Yunis şəhərinin yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində dörd nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirir.

Xəbər xətti