İsrail Müdafiə Qüvvələri (IDF) radikal HƏMAS hərəkatının Qəzza zolağının mərkəzindəki əsas raket və silah istehsalı zonasının, eləcə də onun altındakı geniş tunel şəbəkəsinin məhv edildiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.
İsrail ordusu HƏMAS-ın raket və silah istehsalı bazasının məhv edilməsini başa çatdırıb. Qəzet qeyd edir ki, bu, qoşunların Fələstin anklavının cənubunda əməliyyatları gücləndirərək Qəzzaya qurudan hücumlarının ən cənub nöqtəsinə çatmasından sonra baş verib.