Suriya üzrə Astana formatında növbəti danışıqlar yanvarın 24-25-də Astanada keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
"Astana prosesi çərçivəsində Suriya üzrə iyirmi birinci beynəlxalq toplantı yanvarın 24-25-də Qazaxıstanın paytaxtında keçiriləcək. O, qarant ölkələrin kollektiv müraciətinə uyğun olaraq davam etdirilib", - o deyib.