Parisin PSJ klubu komandanın fransalı hücumçusu Kilian Mbappeyə 4 illik ümumi məbləği 400 milyon avro olan yeni müqavilə təklif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport-un şərhçisi və After Foot şousunun aparıcısı Stefan Qay məlumat verib.
“Təsdiq edə bilərəm ki, əgər hər şey puldan gedirsə, anasının dediyi kimi, PSJ rəqabətdən kənardadır. PSJ dörd il ərzində 400 milyon avro təklif etdi. Envoyé Spécial sənədli filminə görə, Kilian reklam ödənişləri də daxil olmaqla, bütün gəlir mənbələri nəzərə alınmaqla indi 100 milyon avro qazanır. PSJ isə ona maaş olaraq 100 milyon təklif etməyə hazırdır”.