Şimali Koreya hakimiyyəti ABŞ, Yaponiya və Cənubi Koreyanın təlimlərinə cavab olaraq Haeil-5-23 sualtı nüvə silah sistemini sınaqdan keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə hərbi təkimlərinə cavab olaraq, KXDR Milli Müdafiə Akademiyasının Sualtı Silah Sistemləri İnstitutu Şərq dənizinin sularında hazırlanması mərhələsində olan Heil-5-23 sualtı nüvə silahı sisteminin mühüm sınağını keçirib.