Özbəkistan prezidenti Şavkat Mirziyoyev yanvarın 23-dən 25-dək Çinə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
“Özbəkistan prezidenti Şavkat Mirziyoyev Çin sədri Si Cinpinin dəvəti ilə yanvarın 23-25-də Çinə səfər edəcək”, - Hua Çunyinq bildirib.
Çin Xarici İşlər Nazirliyi qarşıdan gələn səfərin təfərrüatları barədə məlumat verməyib.