Husilər artıq gəmilərə kütləvi hücumlar həyata keçirə bilmirlər - Pentaqon

00:15 - 19 Yanvar 2024 - DÜNYA

Yəmənin "Ənsar Allah" (Husi) üsyançı hərəkatı ABŞ və Böyük Britaniyanın hücumlarından sonra artıq Qırmızı dənizdə gəmilərə kütləvi hücumlar həyata keçirə bilmir.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Husilərin infrastrukturunun bombalanmasından sonra onlardan bir növ cavab zərbəsi gözləyirdi.

"Ancaq gördüklərimiz daha kiçik miqyasda bunlar Qırmızı dənizə uçan bir və ya iki raketdir" - Sinq deyib.

"Ötən çərşənbə axşamı Husilər tərəfindən Qırmızı dənizdəki gəmilərə ən böyük hücumun həyata keçirildiyi zaman gördüyümüz kimi bir şey yoxdur. Məhz ABŞ onların infrastrukturunu məhv etdiyi üçün çox sayda raket buraxmırlar” - Sinq qeyd edib.

Eyni zamanda o, husilərin hələ də müəyyən hərbi potensiala malik olduğunu etiraf edib.

Xəbər xətti