Yəmən sahillərində gəmiyə hücum Əl-Şihr şəhərindən 85 dəniz mili cənub-şərqdə baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO Yəmənin Aş-Şihrdən 85 dəniz mili cənub-şərqində insident barədə məlumat alıb", - bəyanatda deyilir.
Qeyd olunur ki, bu, gəmiyə hücumdur. Digər təfərrüatlar verilmir.