Netanyahu Fələstin dövlətçiliyi ideyasını rədd edir

00:01 - 19 Yanvar 2024 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı milli mətbuat konfransı zamanı Qəzza zolağında əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaradılmasını mümkün hesab etmədiyini bildirib və bu mövqeyini ABŞ-a çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press yazıb. "Netanyahu Fələstin dövlətçiliyi ideyasını rədd etdi. O, bu mövqeyini amerikalılara çatdırdığını söylədi", - nəşrqeyd edir

"Hər hansı gələcək razılaşmalara əsasən İsrailin İordan çayının qərbindəki bütün ərazilər üzərində təhlükəsizlik nəzarətinə ehtiyacı var. Bu, suverenlik ideyasına ziddir. Beləliklə, biz nə edə bilərik? Baş nazir bunu dostlarımıza yox deməyi bacarmalıdır”, - agentlik onun sözlərini sitat gətirir.

Xəbər xətti