İraqdakı ABŞ hərbi bazasına PUA hücumu olub

23:19 - 18 Yanvar 2024 - DÜNYA

İraqın şimalındakı ABŞ hərbi bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Shafaq News” portalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, partlayıcı maddələrlə yüklənmiş pilotsuz təyyarə hava limanına yaxınlaşarkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və hədəfə çatmayıb. Hadisə şahidləri bildiriblər ki, partlayış səsi obyektin olduğu tərəfdən eşidilib. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.

Xəbər xətti