Fransa səfiri Xarici İşlər Nazirliyinə çağrıldı

19:23 - 18 Yanvar 2024 - DÜNYA

Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda aralarında fransızların da olduğu əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin dağıdılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkovda bir neçə onlarla fransızın da olduğu xarici döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin məhv edilməsi ilə əlaqədar Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - diplomat bildirib.

Xəbər xətti