Lənkəranda ər-arvad dəm qazından boğularaq ölüb

19:02 - 18 Yanvar 2024 - ÖLKƏ İÇİ

Lənkəranda iki nəfər dəm qazından boğulub.

APA-nın verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri - Cəfərov Murad Aydın oğlu və onun həyat yoldaşı Cəfərova Bənövşə Abduləli qızı yaşadıqları evdə ölmüş vəziyyətdə tapılıblar. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti