Rusiya indi bilir ki, Qərbə etibar etmək olmaz - Lavrov

14:53 - 18 Yanvar 2024 - DÜNYA

Rusiya xüsusi əməliyyat başlayandan sonra nəhayət ki, Qərblə bağlı mümkün illüziyalardan qurtulub və indi bilir ki, ona etibar etmək olmaz.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"Bəzi illüziyalar, əgər 1990-cı illərdən bəri hələ də qalsaydı, Qərb indi bizə qucağını açdı, demokratiya hamımızı birləşdirəcək - bütün bu illüziyalar tamamilə aradan qalxdı. Qərbə etibar etmək olmaz", - Rusiya XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri yalnız başqalarının hesabına yaşamaq və hamıdan ağıllı olmaq istədiklərini nümayiş etdiriblər.

Xəbər xətti