Pakistan silahlı qüvvələri son dərəcə yüksək döyüş hazırlığı vəziyyətindədir və İranın istənilən “macəralarına” qəti cavab verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” Pakistan təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi antiterror əməliyyatı elan edib və bu əməliyyat zamanı ölkənin silahlı qüvvələri İranın Sistan və Bəlucistan əyalətində ekstremistlərin sığınacaqlarına hücum edib. Regional hakimiyyət orqanlarının məlumatına görə, hücumda üç qadın və dörd uşaq olmaqla doqquz nəfər həlak olub.