Pakistanın İranın Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında iki ölkə sərhədində endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə IRNA agentliyi əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavininə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, iki nəfər raket atəşinin qurbanı olub. Daha əvvəl yayılan məlumata görə, hava zərbələri nəticəsində üç qadın və dörd uşaq həlak olub.