Lavrov və KXDR xarici işlər naziri prezidentlər arasında razılaşmanı müzakirə ediblər

12:05 - 18 Yanvar 2024 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui yanvarın 16-da keçirilən danışıqlarda iki ölkə liderləri Vladimir Putin və Kim Çen In arasında razılaşmaların icrasını və siyasi təmasların cədvəlini müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çoi Sonq Henin yanvarın 14-18-də Rusiyaya rəsmi səfərinin yekunları üzrə Rusiya diplomatik departamentinin məlumatında deyilir.

Tərəflər praktik sahələrdə verilmiş qarşılıqlı fəaliyyət tempinin saxlanılması, hüquqi bazanın daha da təkmilləşdirilməsi, humanitar və mədəni sahələrdə mübadilənin intensivləşdirilməsi zərurəti ilə bağlı ümumi rəy ifadə ediblər.

İki ölkənin xarici işlər nazirləri bölgədəki gərginliyin siyasi və diplomatik yolla həllinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər. 

Xəbər xətti