İranın xarici işlər naziri Ermənistan prezidenti ilə görüşüb

11:02 - 18 Yanvar 2024 - DÜNYA

İranın xarici işlər naziri Ermənistan prezidenti ilə Davosda görüşüb

Ucnoqta.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan ilə görüşüb.

"Biz İrəvan və Bakı arasında sülh danışıqlarını dəstəkləyirik və əminik ki, regionda sabitlik regional həll yolları ilə əldə edilməlidir", - iranlı nazir qeyd edib.

İki ölkə arasında mövcud olan dostluq münasibətlərindən məmnunluğunu bildirən Xaçaturyan qeyd edib ki, bu dostluq gələcək nəsillərə ötürülməlidir. O, tranzit sektorunda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 

Xəbər xətti