Pakistan İrandakı terrorçular zərbələr endirdiyini təsdiqlədi
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Pakistan İrandakı “terrorçuların sığınacaqlarına” zərbələr endirib.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətinin Saravan bölgəsi yaxınlığında partlayış səsləri eşidilib.
Xatırladaq ki, Pakistan dünən öz ərazisinə edilən raket hücumlarından sonra öz səfirini geri çağırıb və qisas alacağı ilə hədələmişdi.