ABŞ İranın qonşu ölkələrdəki terror qruplaşmalarına qarşı son zərbələrini pisləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib. Miller bildirib ki, Vaşinqton terrorçularla mübarizədə fərqli davranır, iki ölkənin yanaşmaları müqayisə edilə bilməz.
"Biz bu zərbələri pisləyirik. Biz İranın 3 qonşusunun suveren sərhədlərini pozduğunu görmüşük", - o deyib.
Eyni zamanda, Miller İranın hərəkətlərinin digər ölkələrdə də terrorçuları vuran ABŞ-ın oxşar hərəkətlərindən nə ilə fərqləndiyi ilə bağlı sualı cavablandırarkən deyib ki, fərqlər və kontekst çox vacibdir. Onun sözlərinə görə, İran regionda terrorun sponsorudur və burada vəziyyəti qeyri-sabitləşdirir, eyni zamanda terrorla mübarizənin zəruriliyini bəyan edir.