Yəmən sahillərində gəmiyə PUA hücumu olub

00:06 - 18 Yanvar 2024 - DÜNYA

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) çərşənbə günü Yəmən sahillərində bir gəmiyə qarşı PUA-dan istifadə edildiyinə dair kəşfiyyat məlumatı əldə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə UKMTO məlumat yayıb.

"UKMTO Yəmənin Aden şəhərindən 110 km cənub-şərqdə insidentlə bağlı xəbərlər alıb. Gəminin liman tərəfi PUA ilə vurulub", - departamentin açıqlamasında deyilir.

Məlumata görə, hücum nəticəsində yanğın baş verib, lakin söndürülüb. Ekipaj təhlükəsizdir, gəmi yoluna davam edir.

Hücumda kimin əli ola biləcəyi açıqlanmır.

Xəbər xətti