Husilər ticarət gəmilərinə hücumları davam etdirəcəklərini deyirlər

00:01 - 18 Yanvar 2024 - DÜNYA

Yəmənin Ənsar Allah üsyançı hərəkatı ABŞ-ın husiləri terror təşkilatı siyahısına salmaq qərarına baxmayaraq, Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu "Ənsar Allah" Siyasi Bürosunun üzvü Hizam Əsəd deyib.

"Vaşinqton bizi qorxuda bilməyəcək və bizi terrorçu kimi təyin etmək Qəzza zolağındakı qardaşlarımızı xilas etmək və dəstəkləmək mövqeyimizə təsir etməyəcək. Hərbi-dəniz qüvvələrimiz amerikalılar olduğu müddətdə Qırmızı və Ərəb dənizlərində İsrail gəmilərinə hücum etməyə davam edəcək”, - deyə Əl-Əsəd X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xəbər xətti