ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtona qayıtmalı olduğu “Boeing 737” təyyarəsində yaranan texniki problem səbəbindən Dünya İqtisadi Forumunda iştirak etdiyi İsveçrəni planlaşdırıldığı kimi tərk edə bilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, təyyarədə oksigen sızması aşkar edilib, onu aradan qaldırmaq mümkün olmayıb və bu səbəbdən də Brüsseldən Sürixə uçan əvəzedici təyyarəni gözləməli olublar. Ehtiyat uçuşun tutumu az olduğu üçün bir çox amerikalı diplomatlar və mətbuat işçiləri ticarət uçuşları ilə ABŞ-a qayıtmaq məcburiyyətində qalıblar.
Hadisə ABŞ-da Boeing qalmaqalı fonunda baş verib.