Rusiyanın Bryansk vilayətinin Sevsk kəndi yaxınlığında Mi-8 helikopteri məcburi eniş edib.
Ucnoqta.az xəbər verir ki, ilkin məlumata görə, itki yoxdur.
Fövqəladə hadisə bu gün saat 14:30 radələrində baş verib. Helikopterdə komandir, ikinci pilot və bort mexaniki olub. İlkin məlumata görə, onlar xəsarət almayıblar. Yerdə yüksək gərginlikli xətlər kəsilib.
Hadisə nəticəsində dörd rayonda - Sevski, Suzemski, Brasovski, Komariçskidə işıq olmayıb. Qubernator Boqomaz bildirib ki, mütəxəssislər nəticələri aradan qaldırmaq üçün çalışırlar.