İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullahın hərbi hədəflərinə yeni hücumlar təşkil etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bu yaxınlarda Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Hula bölgəsində terror təşkilatı Hizbullahın terror hədəflərinə və hərbi binalarına hücum edib. Livanın Aita əş-Şəb bölgəsində müəyyən edilmiş təhlükəni aradan qaldırmaq üçün İsrail ordusuna məxsus tank atəş açıb”, - məlumatda deyilir.