BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq qurumların müasir dünyanın və gələcəkdə ortaya çıxa biləcək problemlərini həll edə bilməsi üçün islahatlar aparmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, BMT baş katibi bu barədə Davosda keçirilən forum zamanı deyib.
"BMT Təhlükəsizlik Şurasından Bretton Woods sisteminə qədər qlobal idarəçiliklə məşğul olan qurumlar 80 il əvvəl yaradılıb. Biz babalarımız üçün nəzərdə tutulmuş sistemlərlə nəvələrimiz üçün gələcək qura bilmərik", - o, çərşənbə günü forumda deyib.
O əlavə edib ki, BMT bu il islahatlar proseslərinə diqqəti artıracaq.
"Xüsusilə, sentyabr ayında təşkilat zəmanəmizin aktual problemlərinə həsr olunmuş Gələcək Sammitinə ev sahibliyi edəcək. Bu sammitdə beynəlxalq maliyyə arxitekturasında zəruri islahatlara baxılacaq", - Quterreş qeyd edib.