Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yeni komandası olan Türkiyənin “Kocaelispor” klubuna qoşulub.
Ucnoqta.az xəbər verir ki, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb.
O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüşə Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxıb. Tailandın “Buriram Yunayted” klubundan transfer olunan forvardın müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.