Lavrov Nyu-Yorka səfər edəcək

14:36 - 17 Yanvar 2024 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (GŞ) Yaxın Şərqlə bağlı müzakirələrində və Ukrayna ilə bağlı iclasda şəxsən iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Bəli, iştirak şəxsən olacaq”, - diplomat müvafiq suala cavab verib.

Xəbər xətti