Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (GŞ) Yaxın Şərqlə bağlı müzakirələrində və Ukrayna ilə bağlı iclasda şəxsən iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Bəli, iştirak şəxsən olacaq”, - diplomat müvafiq suala cavab verib.