PKK-nın daha bir məsul şəxsi həbs edilib

14:12 - 17 Yanvar 2024 - DÜNYA

Milli Kəşfiyyat Təşkilatı (MİT) Avropaya qaçmağa hazırlaşarkən  PKK üzvünü saxlayıb

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı terror təşkilatı üzvü olduğu üçün axtarışda olan və gizləndiyi Yaxın Şərq ölkəsində ələ keçirilən "Fırat" kod adlı Balın əməliyyatları yekunlaşıb.

Sağlamlıq yoxlamasından keçən şübhəli daha sonra İstanbul Ədliyyəsinə gətirilib.

Bal 2012-ci ildə Diyarbəkirdən Kızıltəpəyə, oradan da Suriyaya getdiyini və terror təşkilatı PKK-ya qoşulduğunu bildirib.

Uzun müddət izlənilən terrorçu Bal ölkəsindən Avropaya qaçmaq üzrəykən əməliyyatla yaxalanıb və yanvarın 12-də Türkiyəyə gətirilib.

Xəbər xətti