Almaniyanın ən böyük hava limanı olan Frankfurt am Main hava limanında 500-dən çox, Münhen hava limanında isə 250-dən çox reys ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Məlumata görə, həmçinin ölkənin əsas dəmir yolu operatoru Deutsche Bahn bir neçə uzun məsafəli qatar reyslərini ləğv etdiyini açıqlayıb. Üstəlik, şirkət yüksəksürətli Intercity-Express (ICE) qatarlarının sürətinin 200 km/saatdan artıq olmamalıdır.
Çərşənbə günü səhər tezdən pis hava şəraiti də yollarda çoxlu sayda qəzaya səbəb olub. İnsidentlərin artmasının qarşısını almaq üçün bir çox məktəb və uşaq bağçası gün ərzində işlərin dayandırıldığını elan etdi və bir neçə şirkət işçilərinə uzaqdan işləmək imkanı verdi.