Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramının inkişafına qarşı deyil, lakin Tehran müvafiq öhdəliklərə əməl etməlidir.
Ucnoqta.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “The National” qəzetinə müsahibəsində deyib.
“İran nüvə silahı olmayan yeganə ölkədir ki, uranı belə çox, çox yüksək səviyyədə zənginləşdirir – silah səviyyəsinə yaxındır” - Qrossi qeyd edib.
"Bizim buna qarşı heç bir iddiamız yoxdur. Amma biz deyirik ki, beynəlxalq nəzarət orqanı olan AEBA-nin çıxışı bu fəaliyyətlərə uyğun olmalıdır", - Qrossi davam edib.
Baş direktor xatırladıb ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfidir və müvafiq öhdəliklərə əməl etməlidir.
Qrossinin sözlərinə görə, İran hələ də bəzi AEBA müfəttişlərini milli mənsubiyyətinə görə öz obyektlərinə buraxmır.