Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avro dəyərində hərbi yardım edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Co Baydenlə telefon danışığından sonra bildirib.
"Prezident Bayden və mən razılaşdıq: biz Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verməyə davam etmək istəyirik. Bu gün mən ABŞ prezidenti ilə telefonla danışdım. Almaniya 2024-cü ildə hərbi mallar üçün 7 milyard avrodan çox vəsait ayıracaq", - Şolz deyib.