İsrail ordusunun itkiləri 525-ə çatıb

09:01 - 17 Yanvar 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti quru əməliyyatı başlayandan bəri ölən əsgərlərin sayının 190-a çatdığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağının şimalında döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (İDF) iki əsgəri həlak olub.

Əməliyyatların başladığı vaxtdan ölən əsgərlərin sayı 190-a çatıb.

Münaqişənin başlamasından bəri həlak olan İsrail əsgərlərinin ümumi sayı artıq 525-ə çatıb. 

Xəbər xətti