Çinin əhalisi 2 milyon nəfər azalıb

08:54 - 17 Yanvar 2024 - DÜNYA

2023-cü ildə Çin əhalisinin sayı 1 milyard 409 milyon nəfər təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat açıqlayıb. Bu da 2022-ci illə müqayisədə 2,08 milyon nəfər azdır.

Departamentin açıqlamasında bu rəqəmlərə Honq-Konq, Makao, Tayvan əhalisi, eləcə də Çində yaşayan əcnəbilər daxil deyil.

Xəbər xətti