İki israilli girovun ailələrinə Qəzza zolağında radikal Fələstinin "Həmas" qruplaşmasının əsirliyində həlak olduqları barədə məlumat verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Oktyabrın 7-də iki nəfərin Həmas tərəfindən qaçırıldığı Kibbutz Beeri 53 yaşlı Yossi Sharabi və 38 yaşlı İtai Svirskinin Həmas əsirliyində olarkən öldüyünü açıqlanıb. Ailələrinə verilən məlumata görə, ölənlərin cəsədləri hələ də radikallar tərəfindən saxlanılır.