Şimali Koreyanın raket buraxılışına cavab olaraq 3 ölkə təlim keçirib

08:27 - 17 Yanvar 2024 - DÜNYA

Koreya Respublikası, ABŞ və Yaponiyanın hərbi dəniz donanmaları KXDR-dən gələn raket təhlükəsi ilə mübarizə təcrübəsi üçün Çeju adasının cənubundakı sularda Amerikanın nüvə mühərrikli aviadaşıyıcısının iştirakı ilə birgə təlimlər keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Manevrlər yanvarın 15-dən 17-dək baş tutub. Cənubi Koreya Baş Qərargah Rəislərinin rəhbəri Kim Myung-soo ilk gün Amerikanın “Karl Vinson” aviadaşıyıcısına baş çəkib və manevrlərin gedişatını yoxlayıb.

Dekabrda manevrlər üçün uzunmüddətli planlar razılaşdırıldıqdan və real vaxt rejimində Şimali Koreyanın raket buraxılışlarına dair məlumatların mübadiləsi sistemi işə salındıqdan sonra bu, ilk üçtərəfli dəniz təlimidir.

Təlimlərdə üç ölkənin hərbçilərinin KXDR-dən və sualtı qayıqlardan gələn nüvə raket təhlükəsi ilə mübarizə bacarıqları yoxlanılıb. Təlimlərə 9 gəmi, o cümlədən Aegis raketdən müdafiə sisteminə malik Cənubi Koreya esminesləri cəlb olunub.

Yanvarın 14-də Şimali Koreya hipersəs idarə olunan döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raketi sınaqdan keçirib.///tass

Xəbər xətti