Fransa prezidenti Emmanuel Makron Ukraynaya silah tədarükünü müzakirə etmək üçün fevralda Kiyevə səfər etmək niyyətində olduğunu bildirib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Yelisey sarayında keçirilən mətbuat konfransında bildirib.
“Silah tədarükü və yekunlaşdırdığımız razılaşmalarla birlikdə fevralda Ukraynaya səfər etməyi planlaşdırıram. Mən bu mətnlər üzərində işin başa çatdığını elan edəcəyəm və haqqında danışdığım silahların tədarükünə başlanılacaq”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Paris Kiyevi 40 SCALP raketi və “yüzlərlə bomba” ilə təchiz etməyə hazırlaşır.
Makron həmçinin Fransaya Ukraynaya daha çox silah, o cümlədən "Sezar" özüyeriyən haubitsa göndərmək imkanı verəcək sənayedə irəliləyişlər elan etdi.
Fransa liderinin danışdığı yekunlaşma mərhələsində olan saziş Ukrayna üçün təhlükəsizlik təminatlarını ehtiva edir.