Qırğızıstanda 11 jurnalist saxlanılıb

00:14 - 17 Yanvar 2024 - DÜNYA

Qırğızıstanda kütləvi iğtişaşlara çağırışlarla bağlı 11 jurnalist 48 saat saxlanılıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vəkil Zamir Coşev sosial şəbəkələrdə yazıb.

Onların hamısı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 278-ci maddəsinin 3-cü hissəsi ilə “Dövlət vəzifəlilərinin qanuni tələblərinə fəal tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılığa çağırışlara” əsasən şübhəli bilinirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Bundan əvvəl polis 9 nəfərin İstintaq Xidmətinə aparıldığını bildirmişdi.

Xəbər xətti