Almaniya kansleri Olaf Şolz və ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı Ukraynaya davamlı dəstəyi və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Kansler və prezident Rusiyanın Ukraynaya davam edən hücumunu pisləməkdə və Ukraynaya maliyyə, hərbi və humanitar dəstəyin davam etdirilməsi zərurətinində yekdil olublar”, - bəyanatda deyilir.
Almaniya Nazirlər Kabineti xatırladıb ki, 2024-cü ildə Berlin Kiyev üçün hərbi mallar üçün 7 milyard avrodan çox vəsait ayırmağa hazırlaşır.