Aİ-yə üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün dəniz missiyasının yaradılmasını müvəqqəti olaraq təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bu missiyanın fevralın 19-dan gec olmayaraq yaradılması planlaşdırılır. O, ticarət gəmilərini Yəmənin üsyançı "Ənsar Allah" (Husi) hərəkatının artan hücumlarından qoruyan digər ölkələrlə koordinasiyada işləyəcək.