Yaponiyanın Hokkaydonun şimal prefekturasındakı Şin-Çitose hava limanında Korean Air və Cathay Pacific şirkətlərinə məxsus iki sərnişin təyyarəsi toqquşub.
Ucnoqta.az xəbər verir ki, Kyodo agentliyinin verdiyi məlumata görə, toqquşma yerdə baş verib.
Hələlik itkilər barədə məlumat yoxdur.
Qeyd edilir ki, Hokkaydoda güclü qar yağdığından insidentə səbəb görüntünün zəif olması ola bilərdi.