Volodimir Zelenski Davosda NATO-nun baş katibi Yens Stoltenberqlə müzakirə aparıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. Zelenski qeyd edib ki, görüş zamanı bir çox mühüm məsələlər müzakirə olundub:
"Döyüş meydanındakı vəziyyət, ölkəmizin müdafiə ehtiyacları, Ukraynanın hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi, NATO-nun Vaşinqtonda keçiriləcək növbəti sammitinə hazırlıq, G7 bəyannaməsi çərçivəsində tərəfdaşlarla ikitərəfli təhlükəsizlik sazişləri üzərində işləmək. Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq.
Rusiya işğalına qarşı müdafiədə dövlətimizin davamlı dəstəyinə görə təşəkkür edirik".