İsrail ordusu "Hizbullah"ın Livandakı hədəflərinə zərbə endirib

12:20 - 16 Yanvar 2024 - DÜNYA

İsrail ordusu Livan ərazisinə, o cümlədən Hizbullah şiə təşkilatının silahlı qruplaşmalarının istifadə etdiyi obyektə yeni hücumlar həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Livanın cənubundakı Kafr Killa kəndi ərazisində "Hizbullah"ın tank əleyhinə raketlər atmaq üçün qurğusunu vurub. Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin xüsusi bölmələri Livanın Ait əş-Şaab bölgəsinə zərbə endirib", - mesajda deyilir.

Xəbər xətti