Türkiyə Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı məlumatları təkzib edib

12:04 - 16 Yanvar 2024 - DÜNYA

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi yerli sosial şəbəkələrdə Ayasofya məscidinin yenidən muzeyə çevriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mərkəzin X şəbəkəsində məlumatında ​​deyilir.

“Ayasofya məscidinin yenidən muzeyə çevrilməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Məscidə namaza gələnlərlə mədəni məqsədlərlə ziyarətə gələnlərin bir-birindən ayrılması, girişdə sıxlığın qarşısının alınması istiqamətində işlər yekunlaşıb. Qaydalar yanvarın 15-dən tətbiq edilir. Bu qaydalar kontekstində Ayasofya məscidinin muzeyə çevrilməsi mümkün deyil”, - deyə səlahiyyətlilər bildirib.

Mərkəz izah edib ki, namaz qılmağa gələn dindarlardan heç bir ödəniş alınmayacaq və turistlər bilet almalı olacaqlar. 

Xəbər xətti