Yanvar ayının pensiyaları ödəndi

11:45 - 16 Yanvar 2024 - ÖLKƏ İÇİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Xəbər xətti