Qırğızıstanda bir neçə KİV ofisində axtarışlar aparılır

09:57 - 16 Yanvar 2024 - DÜNYA

Qırğızıstanın Daxili İşlər Nazirliyi daha bir neçə KİV ofisi və əməkdaşlarının evlərində axtarışlar aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Hazırda Daxili İşlər Nazirliyinin əməliyyat xidmətləri tərəfindən bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”, - deyə idarənin saytında yerləşdirilən məlumatda bildirilir.

Mətbuat xidməti 2023-cü il dekabrın 30-da bir neçə internet nəşrinin sosial şəbəkələrdəki səhifələrində kütləvi iğtişaşlara çağırışlara rast gəlindiyini açıqlayıb.

“Müvafiq ekspertizanın rəyinə əsasən, müəyyən edilib ki, “Ayt Dese” və “Temirov Live” saytlarının səhifələrində dərc olunan materiallarda etiraz və iğtişaşlara çağırış əlamətləri var”, - deyə idarədən bildirilib. Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin 278-ci (kütləvi iğtişaşlar), 3-cü hissəsi (hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılığa çağırışlara çağırış) cinayət işi başlanıb.

Xəbər xətti