Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietelin torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Cavadov da saxlanılaraq şöbəyə gətirilib.
Ondan 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5 ədəd patron aṣkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.