İran Suriyada İŞİD-i vurdu

08:25 - 16 Yanvar 2024 - DÜNYA

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyada İslam Dövləti yaraqlılarının mövqelərinə silsilə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

İnqilab Keşikçiləri Korpusunun nümayəndələrinin sözlərinə görə, mühafizəçilər ballistik raketlərlə komandirlərin toplaşdıqları yerləri müəyyənləşdirib və məhv ediblər. Bu zərbələr yanvarın əvvəlində İranın Kirman şəhərində törədilən terror aktlarına cavab adlandırılıb.

Xəbər xətti