İraqın şimalında Ərbil şəhərində Amerika konsulluğu yaxınlığındakı 8 obyekt İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) tərəfindən hücuma məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC televiziyası mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Ərbil hava limanı bombardmandan sonra fəaliyyətini dayandırıb. ABŞ konsulluğu yaxınlığında da bir neçə partlayış baş verib. ABC mənbələri ABŞ hərbçiləri arasında itki olmadığını iddia edir.