Venesuela 2015-2022-ci illərdə ABŞ sanksiyaları səbəbindən 642 milyard dollar itirib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro bildirib. Onun sözlərinə görə, ABŞ-ın Venesuelaya qarşı sanksiyaları iqtisadi soyqırımdır və nəticədə 2015-2022-ci illər arasında 642 milyard dollardan çox itki var.
"2015-2022-ci illər arasında ümumi daxili məhsulun azalması baxımından milli iqtisadiyyata, dövlət və özəl sektora ümumi itki 642 milyard dollar olub. Bu, soyqırımdır, iqtisadi qırğındır!" - Maduro xalqa illik müraciətində bildirib.
Maduronun sözlərinə görə, təkcə ölkənin neft sənayesi 323 milyard dollardan çox itirib, milli aviadaşıyıcı Conviasa isə sanksiyalara görə 40 təyyarəsindən istifadə etmək imkanını itirib.